Şamaxi-Qobustan

Pirəkəşkül palçıq vulkanı

Bakıdan 39-41 km qərbdə yerləşir, Bakı-Şamaxı yolunun hər iki tərəfindəki 3 sopkanın olması ilə səciyyələnir. Vulkanın mütləq hündürlüyü 321 m, nisbi hündürlüyü isə 55 m-dir. 3-4 m hündürlükdə qrifon və sopkalar qrupu şimaldan-cənuba doğru bir xətt üzrə uzanır və külli miqdarda qaz, su və neftli palçığın ayrılması ilə xarakterizə olunur. Vulkan üçün çoxlu neft qrifonlarının olması və onun ətrafında qır örtüyündən təşkil olunmuş sahələr xarakterikdir. Vulkan palçığı tərkibinə görə müalicəvidir və tibbdə geniş miqyasda istifadə olunur.