|
Vulkan Bakıdan 65 km cənub-qərbdə, Ələt stansiyasından 4.5 km şimal-qərbdə, Daşgil palçıq vulkanının yaxınlığında yerləşmişdir. Bu, brekçiyanın 550 ha sahədə yayıldığı (orta qalınlığı 30 m) böyük palçıq vulkanıdır. Vulkanın yer səthinə çıxardığı sərt kütlənin ümumi həcmi 165 mln. m3-dur. Vulkanın relyefi çatlarla parçalanmış, mütləq hündürlüyü 216 m, nisbi hündürlüyü isə 280 m-dir. Vulkanın 2 qrup mikroforması var ki, onlardan biri kraterin şərq hissəsində yerləşir və onun oturacaq sahəsi düzgün olmayan dairə formasındadır. Bir neçə alçaq sopka və qrifonlardan intensiv şəkildə qaz, su və neft örtüyü olan palçıq ayrılır.
|
 |