|
Vulkan Bakıdan 65 km cənub-qərbdə, Atbulaq d/y
stansiyasından 4.5 km şimal-şərqdə yerləşir və nisbi hündürlüyü 190 m olan
uzanan yayladır. Morfoloci əlamətlərinə görə ovalığa oxşar formadadır. Cənub
yamacı boyunca 1964-1990-cı il püskürmələrinin brekçiya axını müşahidə olunur.
1.5 km uzunluğunda və 200 m enində «dillər» 1964-cü il püskürməsi zamanı
düzənliyə axmışdır. Yüksəklik sahəsində 4 vulkan təzahürləri vardır ki,
bunlardan biri strukturun cənub-qərb hissəsində yerləşir və neftli qrifonları
təşkil edir. Digəri, sopka və qrifonların böyük qrupu indiki kraterin şimal-
qərbində yerləşir və çoxlu |
 |
|
sayda aktiv fəaliyyətli mikroformalara malikdir;
sopkaların hündürlüyü 5-10 m-ə çatır. Krater sahəsinin ətrafında uzunluğu 700-800 m, dərinliyi 2-3 m olan bir neçə iri çatlar vardır. Kraterin mərkəzində brekçiyanın parçalanması müşahidə olunur. Brekçiyanın ümumi həcmi 500 mln. m3, örtük sahəsi isə 805 ha-dır.
Ayrantökən dövrü olaraq püskürən vulkandır. Vulkanın demək olar ki, bütün püskürmələri yeraltı uğultu, partlayış, alov sütunu (bəzən, 500 m hündürlüyündə), fasiləsiz qaz yanması, vulkan brekçiya tullantılarının olması və parçalanma zonalarının, eləcə də müxtəlif istiqamətli, 45-20 m dərinlikdə, çatların əmələ gəlməsilə müşahidə olunmuşdur. Onun ilk püskürməsi 1964-cü ildə, son püskürməsi isə 2008-ci ilin martında baş verib. 2004-cü ildəki püskürmə xeyli güclü olub, alovla, 20-25 m hündürlüyə atılan brekçiya ilə müşayiət olunmuşdur. 400 min m3 həcmində və 1.2 m qalınlığında brekçiya krater ərazisində mərkəzində 4.5 ha sahəni örtmüşdür. Onun
cənub və cənub-şərq hissələrində müxtəlif istiqamətli çatlar və köhnə brekçiya örtüyünün parçalanması baş vermişdir. Tullantılar içərisində çoxlu sayda neftli süxur qırıntıları vardır. |