|
Vulkan Bakıdan 70 km cənub-qərbdə, Ayrantökənin isə 3 kmliyində yerləşmişdir. Nisbi hündürlüyü 150 m-dir. Morfoloci olaraq bu vulkan, dərinliyi 15-20 m, diametri 150 m olan kəsik konus şəklindədir. Qoturdağ, özünün təzahürü
cəhətdən Azərbaycanın başqa vulkanlarından fərqlənən maraqlı vulkandır. 100 ildən artıqdır ki, vulkanda gözəl mənzərə müşahidə olunur: fasiləsiz qeyri-adi püskürmə prosesi baş verir ki, bu da uzunluğu 50 m, eni 15 m olan nalşəkilli krater boğazından çıxan gümbəzşəkilli palçıq kütləsinin əmələ gəlməsinə səbəb olur. Tyubikdən çıxan pasta kimi, yarıquru brekçiya yuxarı sıxılıb çıxır və
|
 |
|
parçalanaraq yamac boyu aşağı axır. Bu hadisə ilk dəfə olaraq
1926-cı ildə müşahidə olunmuşdur ki, onda axının sürəti bir ildə 42 m olmuşdu. Bu proses 1966-cı ilə qədər davam etmiş, sonra isə 1966-cı ilin oktyabrında və 1970-ci ilin yazında adi püskürmə baş vermişdir. Eyni zamanda brekçiyanın bərkiməsi davam etmiş və onun ellipsoidal formasının eni 25 m hündürlüyü 10 m-dən çox olmuşdur. Brekçiyanın sıxılıb çıxma sürəti ayda 2.5 m olmuşdur. Vulkanda şimal istiqamətdə uzunluğu 1 km-dən çox olan brekçiya «dilinin» yaranması müşahidə edilir. Brekçiya örtüyünün sahəsi 408 ha, kütləsinin həcmi 530 mln. m3, qalınlığı isə 130 m-dir. |