Cənub-Şərq Şirvan

Axtarma-Paşalı palçıq vulkanı

Azərbaycanının ən böyük palçıq vulkanlarından biri olub, mütləq hündürlüyü 300 m-dir. Şirvan (Əli-Bayramlı) şəhərindən 35 km şimal və şimal-qərbdə, cənub-şərqi Şirvan ərazisindədir. Vulkanın krateri qalmamışdır, amma ovalşəkilli krater sahəsi 10 km2-dən çoxdur. Vulkan brekçiyası ilə örtülmüş sahə 16 mlrd m3, örtüyün qalınlığı kənarlarında 100-300 m-dən mərkəzi hissəsində 600 m-ə qədərdir. Vulkan ağzının eni 700-750 m-ə çatır. Örtüyün səthi qabarıq-müstəvi şəklində olub en kəsiyində 150-200 m-ə çatır. Vulkan konusşəkillidir, küllü miqdarda neft ayrılması ilə xarakterizə olunur, dövrü olaraq püskürən

vulkanlar kateqoriyasına aiddir. 1948-ci ilin sentyabrında püskürmə zamanı kraterdən qatı tüstü dumanı və 20-30 m hündürlükdə qara neft və qaz sütunu qalxdı. 1969-cı ildəki püskürmədə brekçiyanın orta həcmi 30 min m3 idi.