|
Vulkan eyni adlı dağ silsiləsində Ağzıbir vulkanlar qrupuna aiddir. Burada Ağzıbir, Aralıq, Dovşandağ palçıq vulkanları diqqəti
cəlb edir. Bu vulkanlar Azərbaycanın cənubunda, cənub-şərqi Şirvan düzənliyinin sahil zolağında, Ələt dəniz körpüsü stansiyasından 15-20 km
cənub və cənub-qərbdə yerləşir. Ağzıbir iri vulkan olub, 120 m yüksəkliyə malik, eyni adlı dağ silsiləsinin şimal-qərb hissəsinin kənarında yerləşmişdir. Vulkanın krateri Bozdağ dağının zirvəsindədir. Onun yamaclarının düşmə bucaqları müxtəlifdir, müxtəlif dərəcədə də parçalanmaya məruz qalmışlar. Şimal yamacı
– ən çox yastı və hamar, qərb və şərq |
 |
|
yamacları isə daha dikdir. Vulkanda 3
püskürmə – 1964, 1978 və 2002-ci il püskürmələri qeydə alınmışdır. Vulkan
brekçiyası ilə örtülən sahə 514 ha, orta qalınlıq 80 m, kütlənin həcmi 410 min
m3-dir. Krater sahəsində bir neçə qaz, su, palçıq çıxaran qrifoncıqlar vardır. 2002-ci il püskürməsi nəticəsində düzənliyə tərəf axıb gedən diqqətəlayiq «dilləri» əmələ gəlmişdir. |