Cənub-Şərq Şirvan

Durovdağ palçıq vulkanı

Azərbaycanın şərqində yerləşən gözəl və aktiv olan vulkanlardan biridir. Salyan stansiyasından 16 km cənub-şərqdə yerləşmiş və nisbi hündürlüyü 30 m, nəhəng kraterinin diametri 1 km-ə kimi olan yüksəklikdir. Kraterin mərkəzi ölçüləri 700x400 m olan qabarıq-müstəvi şəklindədir. Krater sahəsində onlarla sayda sopkalar və 800-dən çox qrifonlar vardır ki, bunlardan nazik neft pərdəsi olan lilli su və qaz qabarcıqları çıxır. Vulkan brekçiyasının yayılma sahəsi 50 ha, orta qalınlıq 60 m, həcmi isə 30 mln m3-dir.