|
Ələt burnundan 13 km şərqdə, Zənbil adasından 5 km
cənub-şərqdə yerləşir. Oval formalıdır, morfoloci dili ilə birlikdə uzunluğu 3.3 km, sahəsi 3.5 km2-dir. Ada həm kraterdir, həm də palçıq vulkanının krater bəndidir. Krater sahəsi dəniz səthindən 30 m hündürdədir.
Xərə-Zirə tez-tez püskürən vulkandır. Onun 1810-1997-ci illər ərzində 10 püskürməsi qeydə alınmışdır. Püskürmələrin bir çoxu alov sütunu ilə müşahidə olmuşdur (1857 və 1940-cı illər). 1940-cı il püskürməsi intensiv olmuş, 156 ha sahəni örtən bir neçə milyon m3 brekçiya püskürmüşdür. Qara rəngli vulkan külü bütün adanı örtmüşdür. Nisbətən daha çox
|
 |