Abşeron Yarımadası

Bozdağ-Güzdək palçq vulkanı

Bu, hündürlüyü 306 m olan və Abşeron yarımadasının ən iri vulkanlarından biridir. Vulkan Bakıdan 20 km qərbdə yerləşir. Morfologiyasına görə, təpəsində dairəvi krater sahəsi olan kəsik konus şəklindədir. Brekçiya örtüyünün orta ölçüsü 700 ha sahədə 120 m-dir. Püskürdüyü bütün illər ərzində əmələ gətirdiyi brekçiyanın həcmi 800 mln m3-dən çoxdur. Vulkanın 8 püskürməsi qeydə alınmışdır. 1839 və 1867-ci ildə onun şimal-şərq yamacında baş vermiş iki püskürmə nəticəsində 300-350 m uzunluğunda iki böyük brekçiya axını əmələ gəlmişdir. 1902-ci ildə baş vermiş ən böyük püskürmələrdən birində kraterin

yaxınlığında olan 6 çoban və 2000-dən çox qoyun həlak olmuşdur. Vulkanın axırıncı püskürməsi 2003-cü ilin sentyabrında baş vermiş və 5-10 dəqiqəlik fasilələrlə 2 saata yaxın davam etmişdir. Brekçiyanın həcmi 230 min m3, qalınlığı 1.5 m, örtük sahəsi 20 ha olmuşdur.