Abşeron Yarımadası

Qaradağ Pilpiləsi palçıq vulkanı

Uvalşəkilli Axtarma Torpaqlı-Axtarma və Pilpilə kimi fəaliyyətdə olan böyük Qaradağ palçıq vulkanları qrupuna aiddir. Adı çəkilən vulkan Axtarma vulkanından qərbdə, Torpaqlı-Axtarma vulkanından isə şimalda yerləşir. Vulkanın konusu bərabərtərəfli olub kifayət qədər sərt yamaclara malikdir. Nisbi hündürlüyü 50 m-dir. Hazırda vulkan kraterinin diametri 10 m-dən çox olmayıb, qazla qarışıq xamayaoxşar palçığın xaric olduğu xeyli aktiv bir salzaya malikdir.