|
Vulkan Abşeron yarımadasında, Bakıdan 35 km
cənub-qərbdə yerləşir. Bu, Azərbaycanın ən iri vulkanlarından biri olub hündürlüyü 403 m-dir. Vulkan ilk dəfə 1854-cü ilin fevralında, son dəfə isə 2004-cü ilin iyun ayında saat 1800-də 1.5 saat müddətində püskürmüşdür. Püskürmə yeraltı uğultu, partlayış və brekçiya kütləsinin 20-25 m hündürlüyə atılması ilə müşayiət olunmuş, amma qaz alovlanması baş verməmişdir. 52 min m3 brekçiya 4.3 ha sahəni 0.4-1.8 m qalınlıqda palçıqla örtmüşdür. Kraterin diamteri 240x195 m-dir. Vulkan brekçiyası yalnız vulkanın krater sahəsini örtmüşdür.
Bu püskürmə bundan əvvəlki
|
 |
|
1994-cü il püskürməsindən zəif olmuş, brekçiya köhnə tullantını örtməmişdir. Köhnə örtükdə dar dairəvi və ya bir neçə radial çatlar əmələ gəlmişdir.
Otmanbozdağ vulkanının 1985-ci il, xüsusilə də 1994-cü il püskürməsində uzunluğu 400 m, dərinliyi 3 m, eni 2 m olan 3 iri çatın olduğu izlənir. Brekçiyanın orta örtüyü 120 m olmaqla, ümumi həcmi 1.2 mlrd m3-dir. Maraqlıdır ki, vulkanın 3 saat ərzində davam edən 1854-cü il püskürməsində yer səthinə 20 mln m3 brekçiya çıxarılaraq min ha sahəni örtmüşdür. Sonuncu 3-4 püskürmədə brekçiyanın həcmi 50-60 min m3-dan çox olmayıbdır.
|