|
Vulkan Abşeron yarımadasının qərbində, Bakıdan 40 km şimal-qərbdə yerləşir. Nisbətən kiçik vulkan olub morfologiyasına görə kraterinin diametri 55 m olan gümbəz şəkillidir. Mütləq hündürlüyü 226.4 m-dir. O dövrü olaraq püskürən palçıq vulkanları kateqoriyasına aiddir. 1967-ci ildən başlayaraq vulkan 7 dəfə püskürmüşdür. Sonuncu püskürmə, əvvəlkində olduğu kimi, qaz alışması olmadan 2005-ci ildə baş vermişdir. Vulkan brekçiyası krater sahəsini örtərək şimal və qərbdə 100 m uzunluğunda böyük «dillər» əmələ gətirmişdir. Brekçiyanın orta qalınlığı 0.85 m, həcmi 125 min m3, örtük sahəsi 14 ha-dır.
|
 |