|
Azərbaycanda, Şamaxı rayonunda yerləşən yeganə vulkandır ki, sıx bitki örtüyü və çoxlu sayda yüksəkliklər əhatəsində, Pirsaat çayının sağ sahilində, eyni adlı kəndin yaxınlığında yerləşmişdir. Vulkan, radiusu 50-60 m olan, dairəvi sahəni tutur və onun yerləşdiyi sahədə açıq-boz və açıq-qəhvəyi palçıq, su və eləcə də qazların ayrıldığı çoxlu sayda sopkalar, qrifonlar və salzalar vardır. Vulkanın mütləq hündürlüyü 1400 m-dir.
Cəmi 3 püskürmə – 1958, 1969 və 1971-ci illərdə qeydə alınmışdır.
|
 |