Şamaxi-Qobustan

Şıxzərli palçıq vulkanı

Vulkan Mərəzə rayonunda, Şamaxıdan 38 km cənub-şərqdə eyni adlı kəndin yaxınlığında Şıxzərli qırışığının tağ hissəsində yerləşmişdir. Qobustanın ən aktiv və ən iri vulkanıdır. Mütləq hündürlüyü 640 m, yer səthinə nisbətən isə 150 m-dir. 1848-ci ildən başlayaraq vulkanın 21 püskürməsi qeydə alınmışdır; axırıncı püskürmə 2004-cü ilin mart ayında olmuşdur. Püskürmələrin çoxu qazların alışması, 100-300 m-ə çatan alov sütunu, 7.5-12 min m3 həcmində nisbətən az miqdarda vulkan brekçiyasının olması ilə müşayiət edilmişdir. 2 sutka ərzində davam edən ən intensiv püskürmə məlum Şamaxı zəlzələsindən 15

dəqiqə sonra, 1902-ci il fevralın 12-də baş vermiş, yer təkindən böyük həcmdə brekçiya axmışdır. Axırıncı 2 onillikdə Şıxzərli palçıq vulkanında tez-tez baş vermiş püskürmələr alovsuz, az miqdarda (1.0-2.0 min m3) brekçiya axını ilə müşayiət olunmuşdur. Terrigen-karbonat süxurlarından ibarət olan brekçiya müxtəlif ölçülü və formalı pirit və xalkopirit kristallarının olması ilə səciyyələnir. Axırıncı püskürmələrdə qazların yanması baş vermədən 0.9 m qalınlıqda 3 ha sahəni örtən 2.7 min m3 brekçiya yer səthinə çıxarılmışdır.