|
Palçıq vulkanları nədir?

Palçıq
vulkanları – ətraf sahələrdən 10-15 m-dən 400 m-ə qədər, bəzən daha yüksək,
adətən yastı konus formalı yüksəklikdir; vulkanın oturajağının diametri 100
m-dən 3.5-4.0 km-ə qədərdir. Palçıq vulkanları yer qabığında təzyiq altında
basıb doldurma klapanı sayılmalıdır. Onlar çox zaman qırılma zonaları boyu
yaranırlar.
Palçıq vulkanları ilə
neft arasında nə
kimi
əlaqə
var?

Karbohidrogenlərlə
əlaqədar olan palçıq vulkanları məjazi mənada dərinlik kəşfiyyat quyuları
sayılır; böyük dərinliklərdə neft yataqlarını aşkar etmək üçün bilavasitə
indikator rolu oynamaqla, yeraltı yanajaq toplantıları barədə dəyərli məlumat
verir. Həm palçıq vulkanları, həm neft-qaz yataqları eyni bir prosesin – neftin
və qazın formalaşma prosesinin nətijəsidir.
Palçıq vulkanları maqmatik vulkanlara oxşayırmı?

Palçıq vulkanları və
maqmatik vulkanlar yaxın qohum kimi qəbul olunurlar. Hər ikisi püskürmə
nöqteyi-nəzərindən gözlənilməyən hadisədir. Hər ikisi dənizdə püskürürsə adalar
yarana bilər. Bununla belə, palçıq vulkanları ölçülərinə görə çox kiçik,
püskürmə prosesi isə qısamüddətli olur; baxmayaraq ki, karbohidrogen qazlarının
alışıb alovlanması və çox böyük həjmdə vulkan brekçiyasının – bəzən 1 mln. m3 –
atılması ilə müşayiət olunur; püskürmə müddəti isə əsasən 2-3 saatdan artıq
olmur.
Hansı
əsas
fərqlər
var?

Onlar temperatur
baxımından kəskin fərqlənirlər. Maqmatik vulkanlar püskürərək, alovla müşayiət
olunan, yüksək temperatur yaradan ərgin süxurlardan yaranır. Palçıq vulkanları
isə kifayət qədər soyuqdur və vulkanın yer səthinə çıxardığı palçığın
temperaturu 20-300-dən artıq olmur.
Dünyada nə
qədər
palçıq vulkanı var?
Bu rəqəm, palçıq
vulkanı dedikdə nəyi nəzərdə tutduğumuzdan asılıdır. Əgər bütün kiçik konus
təzahürlərini də saysaq bunlar onlarla və bəlkə də yüzlərlə min saydadır.
Bununla belə alimlər adətən hesab edirlər ki, planetimizdə 900-ə yaxın palçıq
vulkanı vardır.
Palçıq vulkanları
əsasən
harada yerləşir?

Maqmatik vulkanlarla
müqayisədə palçıq vulkanları çox məhdud yayılmışlar. Onlar 30 ölkədə (İtaliya,
Rumıniya, Ukraina, Azərbaycan, Türkmənistan, İran, Pakistan, Birma, İndoneziya,
Malaziya, Kolumbiya, Trinidad və Tobaqo və s.) yayılmışlar.
Azərbaycanda
neçə
palçıq vulkanı var?
Jənubi Xəzər
regionunda 400-ə qədər vulkan vardır; bunlardan 300-ü Şərqi Azərbaycanın quru
hissəsində və Xəzər akvatoriyasında yerləşir. Təsadüfi deyil ki, buna görə
Azərbaycan palçıq vulkanlarının vətəni sayılır. Həmçinin Azərbaycanda palçıq
vulkanizmi təzahürlərinin bütün formalarına rast gəlinir (fəaliyyətdə olan,
sönmüş, gömülmüş, sualtı, ada, yer səthinə neft çıxaran). Vulkanların sayına,
müxtəlifliyinə və aktiv fəaliyyətinə görə dünyada Azərbaycan ərazisinə tay olan
yoxdur.
Palçıq vulkanları yalnız quruda olur?
Xeyr, maqmatik
vulkanlar kimi onlar dəniz dibində də olur.
Nə
üçün Azərbaycan
ərazisində
belə
çox vulkan vardır?
Həqiqətən də
Azərbaycan ərazisi Yer kürəsində palçıq vulkanizminin inkişafı üçün tayı olmayan
klassik bir regiondur. Palçıq vulkanları olan bütün ərazilərdə çöküntü süxurlar
qatı çox böyük qalınlığa – 10-15 km-ə malikdir. Jənubi-Xəzər çökəyində bu
qalınlıq hətta 25-30 km-ə çatır. Yəni palçıq vulkanlarının böyük toplumu yer
qabığının intensiv daldırılmaya məruz qalmış sahələrində yerləşir.
Palçıq vulkanları nə
qədər
böyük ola bilər?

Quruda yerləşən və
dəniz vulkanlarının bəziləri 400 m-ə qədər və bəzən bir qədər də artıq
hündürlüyə malik olurlar, oturajaqlarının diametri isə 4 km-ə çatır.
Azərbaycandakı
palçıq vulkanlarının hansıları daha böyükdür?
Hündürlüyü 400 m-ə
qədər olan, Abşeron yarımadasında Bozdağ-Güzdək və Otmanbozdağ, Qobustanda
Torağay və Böyük Kənizədağ vulkanlarıdır.
Palçıq vulkanlarının yaşı neçədir?
Bizim zəmanəmizdə
mövjud olan iri palçıq vulkanları ilk dəfə milyon illər əvvəl başlayan çoxsaylı
püskürmələrinin hesabına formalaşmışlar. Müvafiq hesablamalar nətijəsində
alimlər müəyyən etmişlər ki, Azərbaycanın Torağay, Böyük Kənizədağ kimi iri
vulkanlarında müvafiq olaraq 6000 və 7000 püskürmə baş vermişdir. Hesab olunur
ki, Azərbaycanda palçıq vulkanizminin fəaliyyəti 30-35 mln il əvvəl – miosen
dövründə başlamışdır.
Brekçiyanın tərkibi
nədən
ibarətdir?
Vulkan brekçiyası
yarısıyıq gil kütləsindən, onun içində olan müxtəlif tipli və tərkibli, müxtəlif
yaşlı dağ süxurlarının qırıntılarından təşkil olunmuşdur. Bu qırıntılar müxtəlif
dərinlikdə olan anna süxurlarından qopmuşdur. Onlar kobuddənəli qumdaşları,
əhəngdaşları, dolomitlər, gillər, konqlomeratlardır. Brekçiyalardan götürülən
nümunələrdə 90 mineral, 30 mikroelement təyin olunmuşdur. Vulkan palçığı mineral
duzlarla, üzvi maddələrlə, mikroelementlərlə zəngindir, şəfalı xüsusiyyətlərinə
malikdir və müxtəlif xəstəliklərin müalijəsində tətbiq olunur.
Vulkanlar nə
zaman
ən
aktiv dövrü keçirirlər?
Vulkanlar uzun
müddət fəaliyyətdə olmayaraq, məsələn 10-30 il enerci toplayır, sonra aktivləşir
və püskürürlər. Alimlər müəyyən etmişlər ki, seysmikliklə vulkan fəaliyyətinin
aktivləşməsi arasında paragenetik əlaqə vardır. Güjlü zəlzələlər palçıq
vulkanlarını püskürməyə təhrik edirlər; bu hadisə xüsusən o zaman baş verir ki,
vulkan kifayət qədər enerci toplayaraq püskürməyə hazır olur və əgər vulkan
zəlzələnin epimərkəzindən (ojağından) 100 km radiusunda olursa püskürmə baş
verir. Adətən daha tez-tez o vulkanlar püskürür ki, onların krater sahəsində
sonradan mikroformalar (palçıq təpələri, qrifonlar, salzalar) yaranmır:
Azərbaycanda bunlar Abşeron yarımadasında Lökbatan, Keyrəki vulkanlarıdır. Çox
güman ki, püskürmə seysmik dalğaların keçdiyi yerlərdə baş verir, lakin bunun
dəqiq mexanizmi hələ ki, dəqiq təyin olunmayıb. Püskürmə bəzən texnogen
səbəblərdən də baş verə bilər.
Vulkan püskürmələrinin
qeydiyyatı?
Azərbaycanda palçıq
vulkanlarının püskürməsi 1810-ju ildən qeyd olunur. Son iki əsrdə 93 palçıq
vulkanında 387 püskürmə baş vermişdir. Vulkanların bəziləri bu zaman 20 dəfə
püskürüb: Abşeron yarımadasında Lökbatan, Qobustanda Şıxzərli vulkanları. Digər
100-ə qədər vulkanların püskürməsi haqda məlumatlar olmasa da, aydındır ki,
geoloci keçmişdə onlar da tez-tez püskürüblər.
Püskürməni
əvvəljədən
xəbər
vermək
olarmı?
Zəlzələlər kimi
püskürməni də xəbər vermək olmur. Lakin aparılan monitorinq nətijəsində müəyyən
olunmuşdur ki, seysmik hadisənin başlanması ərəfəsində onun ojağına yaxın
yerləşən vulkanlarda qazların tərkibindəki ayrı-ayrı komponentlər (JO2, He),
sulardakı B, SO4 anomal dəyişikliyə uğrayır. Bu ərəfədə suların debiti də
dəyişir. Bütün bu əlamətlər zəlzələ ərəfəsi qazhidrogeokimyəvi əlamət kimi qəbul
olunur.
Palçıq vulkanları təhlükəlidirmi?
Əlbəttə, amma bu
təhlükə maqmatik vulkanların təhlükəsindən xeyli azdır. Palçıq vulkanlarının
püskürmələri nadir hallarda tələfatla nətijələnir. Xoşbəxtlikdən Azərbaycanda
olan palçıq vulkanlarının əksəriyyəti yaşayış məskənlərindən xeyli aralı
yerləşirlər. Bununla belə püskürmə vaxtı, konusun daxili təzyiqi hesabına çıxan
qazlar alovlanırlar və bəzən alov 300-500 m hündürlüyə qədər qalxır, krater
sahəsi boyu çoxsaylı çatlar yaranır. Palçıq vulkanlarının püskürmə tarixində
bəzi bədbəxt hadisələr də qeyd olunur: 1902-ji ildə Bozdağ-Qobu vulkanı
püskürərkən, vulkanın kraterinə yaxın ərazidə gejələyən 6 çoban və 2000 baş
qoyun tələf olmuşdular. 1932-ji ildə nəşr olunan qəzetlərdə Svinoy (hazırda
Səngi-Muğan) adasında baş verən vulkan püskürməsi nətijəsində insan tələfatı
qeyd olunmuşdur. Buna görə də, palçıq vulkanlarına yaxın ərazilərdə hər hansı
binaların, kommunikasiyaların tikilməsi təhlükəli ola bilər.
Bu yaxınlarda ABŞ aerokosmik agentliyi (NASA) AMEA Geologiya İnstitutu və
palçıq vulkanizmi ilə
məşğul
olan ekspertlərlə
əlaqə
saxlamışdı. Onları nə
maraqlandırırdı?
Jeyms Skinner son
zamanlar Marsda olan konusları, təpələri, yaylaları tədqiq etməyə başlamış və
onların palçıq vulkanları ilə oxşarlığını aşkar etmişdir. Azərbaycan palçıq
vulkanlarının kütləvi toplandığı ümumdünya mərkəzi olduğu üçün, bu alim
respublikamıza gəlmək, bu təbii hadisəni ətraflı öyrənmək qərarı vermiş və ümid
edir ki, tədqiqatın nətijələri Marsdakı tapıntıların öyrənilməsinə kömək
edəjəkdir.
Suallara AMEA Geologiya İnstitutunun “Palcıq vulkanizmi” şöbəsinin rəhbəri geol.-miner.doktoru.
Ad.A. Əliyev cavab vermişdir. |